20.05.2019

İnklüziv təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil proqramlarına inteqrasiyası müzakirə edilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində mayın 21-də “İnklüziv təhsil üzrə müəllim inkişafı proqramları”nın ADPU-nun təhsil proqramlarına inteqrasiyasının müzakirəsi məqsədilə görüş təşkil edilib.   

Beynəlxalq ekspertlərin cəlb olunduğu görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Təhsil İnstitutu və UNİCEF-in nümayəndələri də iştirak ediblər. 

Görüşdə layihə tərəfindən təqdim olunan inklüziv təhsil üzrə müəllim hazırlığı yanaşmalarının ADPU-nun müvafiq ixtisaslarının kurikulumuna inteqrasiyası istiqamətində görülən işlərin yekunları, növbəti tədris ilindən inklüziv təhsilin universitetdə yenilənmiş təhsil proqramı üzrə tədrisi məsələləri müzakirə olunub.