Müyəssərlik

www.inkluzivtehsil.az veb səhifəsi  bütün istifadəçilər üçün müyəssərliyin təmin olunması məqsədi daşıyır. Buna məlumatın müxtəlif istifadəçi ehtiyaclarına cavab verən müxtəlif formatlarda təqdim etməklə nail olunur. Veb səhifənin müyəssərliyini təmin etmək məqsədilə ana səhifə və hər bir daxili səhifənin sağ küncündə müyəssərlik aləti təqdim olunmuşdur.

Biz sizə, istifadəçilərə portaldan istifadə üzərində nəzarəti təmin etmək və sizə portaldan necə istifadə etməyiniz haqqında qərar azadlığı vermək istəyirik. Ümid edirik ki, bizim müyəssərliyi təmin etmək üçün təqdim olunmuş vasitələrimiz məlumatların çevikliyini təmin edəcək və sizin ehtiyaclarınıza cavab verəcəkdir.  

Müyəssərlik aləti

Siz ekranızın sağ küncündə müyəssərlik alətini tıklamaqla veb səhifənin görüntüsünü dəyişdirə bilərsiniz.
Alət sizə şriftin ölçüsünü və rəng kontrastını dəyişdirməyə imkan verir. Alət düymələri vasitəsilə şriftin ölçüsünü boyüdə və azalda bilərsiniz. Rəng kontrastını dəyişmək düyməsi vasitəsilə səhifənin rəngini təqdim olunmuş 2 rəng çalarına uyğunlaşdıra bilərsiniz. 

Nəşrlərin müyəssərliyi

Portalda yerləşdirilən bütün nəşrlər müxtəlif formatlarda (PDF, Word və EPUB3) təqdim olunmuşdur.