03.12.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində noyabr ayından etibarən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.
Bakı, Şəki, Quba, Ağcabədi, Şamaxı və Cəlilabadda noyabr ayı ərzində keçirilən inklüziv təhsil üzrə təlimlərdə 700 ADPU tələbələri iştirak edib.
Xatırladaq ki, cari ilin dekabr ayınadək, ümumilikdə, 1135 ADPU tələbələrinin təlimlərdə iştirakı nəzərdə tutulub.