01.12.2019

Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv cəmiyyətin formalaşması və inkişafında inklüziv təhsilin əhəmiyyəti” mövzusu üzrə elan edilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqəyə təqdim edilən 62 esse arasından şərtlərə cavab verən - ideya, məzmun, üslub və tərtibat baxımında fərqlənən 3 ən yaxşı yazı qalib seçilib. Qaliblərdən 1-ci yeri Şamaxı şəhər, M.Hadi adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fəridə Xəlilova, 2-ci yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Biologiya üzrə fəlsəfə elmlər doktoru Bəsti Əsədova və 3-cü yeri isə Laçın rayon Qozlu kənd M.Səfərov adına tam orta məktəbin ingilis dili müəllimi Ayşən Dünyamalıyeva qazanıb. 
Qalib olan esseler yaxın günlərdə müvafiq internet resurslarlarında dərc olunacaq.
Xatırladaq ki, müsabiqə inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə keçirilib.