26.12.2019

Məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər Şamaxıda yekunlaşıb.

24-25 dekabr, 2019-cu il tarixində keçirilən təlimlərdə ümumilikdə 50 məktəb direktoru iştirak edib.

Xatırladaq ki, təlimlərin əsas məqsədi məktəb direktorlarının inklüziv təhsil sahəsində maarifləndirilməsi, inklüziv təhsilin tətbiqində məktəb direktorlarının öhdəlikləri, həmçinin, inklüziv məktəblərin idarə olunması sahəsində praktiki bacarıq və səriştələrin formalaşdırılması olub