Şərtlər və qaydalar

Veb səhifədən istifadənin ümumi şərt və qaydaları

https://inkluzivtehsil.az/ veb səhifəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılmışdır. Səhifənin məzmununa görə “Regional İnkişaf” İctimai Birliyi məsuliyyət daşıyır. Burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.


Veb səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.   
 

Müəlliflik hüquqlarının qorunması

Bu veb səhifədə təqdim olunan bütün vəsaitlərin müəlliflik hüquqları qorunur.  Təqdim olunan vəsaitlər və ya onların hissələlərinin kommersiya məqsədilə yenidən nəşri və ya gəlir əldə etmək məqsədilə hər hansı digər formada istifadəsinə yol verilmir.


Sizə yalnız bu veb səhifədəki səhifələrə baş çəkmək, onlara baxmaq və onların nüsxəsini öz şəxsi istifadəniz üçün saxlamaq hüququ verilir və siz şəxsi istifadə məqsədi ilə tədbir xarakterli məlumata baxmaqdan, və ya şəxsi istifadəniz üçün materialları yükləmədən başqa, yerdə qalan digər heç bir halda hər hansı məqsədlə veb səhifədəki materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə yaya bilməzsiniz.

 

Məxfilik siyasəti

www.inkluzivtehsil.az veb səhifəsi şəxsi xarakterli məlumatlardan (soyad, ad, elektron poçt ünvanı, əlaqə telefonu) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində təsbit olunmuş çərçivələr daxilində saytdan istifadə imkanlarını yaxşılaşdırmaq, eləcə də sizə xidmət və texniki dəstək göstərmək, yeniliklər barəsində sizi məlumatlandırmaq məqsədilə istifadə edir.

www.inkluzivtehsil.az veb səhifəsi sizdən alınmış istənilən məlumatın Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla heç vaxt və heç bir şərtlə üçüncü şəxslərə ötürülməyəcəyinə təminat verir.

Şəxsi məlumatları istənilən vaxt “Hesabım” bölməsində dəyişmək, yeniləmək və ləğv etmək olar.


Sosial şəbəkələrdə paylaşımlar

Veb səhifə hər bir daxili səhifəni sosial şəbəkələr və elekton poçt vasitəsilə paylaşmaq imkanı verir. Paylaşım etmək istədikdə istifadəçinin brauzeri sosial şəbəkə serverlərinə bağlanır və istifadəçidən həmin şəbəkədə avtorizasiya etməsi xahiş olunur. İstifadəçi həmin məlumatın sosial şəbəkəyə ötürülməsini istəmədikdə, veb səhifəyə baş çəkməzdən əvvəl həmin sosial şəbəkədən çıxmalıdır.