11.02.2020

IERCP-2020 Beynəlxalq Konfrans “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər”

Sizi "Regional İnkişaf" İctimai Birliyi, ADPU, Konkordiya Edmonton Universiteti (Kanada) və Təhsil Menecmenti Universitetinin (Ukrayna) birgə əməkdaşlığı ilə keçiriləcək IERCP-2020: “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər” adlı beynəlxalq konfransın məqsədi tədqiqatçıları inklüziv təhsil sahəsində elmi araşdırmalara həvəsləndirmək və ictimaiyyətin diqqətini bu məsələyə yönəltməklə inklüziv təhsilin inkişafına töhfə verməkdir.

Tədqiqatlar göstərir ki, müəllim şəriştəsi inklüziv təhsilin ən vacib sütunlarından biridir. Səriştəli müəllim isə inklüziv və multikultural cəmiyyəti təmsil edən uşaqların müxtəlif ehtiyaclarına cavab verə bilən səmərəli təlim yanaşmaları olan müəllimdir. İnklüziv təhsil üçün bu amillərin sıx bağlılığını nəzərə alaraq konfrans bölmələrinin aşağıdakı kimi müəyyənləşdirilməsi qərara alınıb:

  • İlkin pedaqoji təhsil və ixtisasartırma təhsili
  • İnklüziv təhsildə səmərəli təlim yanaşmaları
  • Multikultural cəmiyyət üçün inklüziv təhsil

 

MÜHÜM TARİXLƏR:

  • 1 aprel 2020 – Tezislərin təqdim edilməsi üçün son tarix
  • 5 aprel 2020 – Tezislərin qəbulu haqqında bildiriş
  • 15 aprel 2020 – Konfransa qeydiyyatın son tarixi
  • 23-24 aprel 2020 – Konfransın keçirilmə tarixi

 

TEZİSLƏRİN TƏRTİB QAYDASI:

Tezislər Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Tezisin mətni MS Word-də aşağıdakı standartlar əsasında tərtib edilməlidir:

  • Tezisin adı (qalın böyük hərflərlə);
  • Müəllifin adı və soyadı (qalın böyük hərflərlə);
  • E-poçt ünvanı;
  • 3-5 açar söz;
  • Times New Roman, 12 pt.;
  • Yuxarı, aşağı, sağ, sol 1,5 sm;
  • Maksimum 500 söz;
  • Ədəbiyyat siyahısı.

Tezislər 1 aprel 2020-ci il tarixədək aşağıdakı e-poçt ünvanına göndərilməlidir: conference@adpu.edu.az

 

KONFRANSA QEYDİYYAT ÖDƏNİŞSİZDİR.

 

QEYDİYYAT FORMASI:

Bütün qeydiyyat formaları conference@adpu.edu.az poçt ünvanına 1 aprel 2020-ci il tarixədək tezislə birgə göndərilməlidir. Elektron məktubun mövzusu hissəsində “Tezisin təhvili” qeyd olunmalıdır. Konfransda tezis göndərmədən iştirak etmək istəyənlər qeydiyyat formasını yuxarıda qeyd olunan e-poçt ünvanına 15 aprel 2020-ci il tarixədək elektron məktubun mövzusu hissəsində “Konfransda qeydiyyat” göstərməklə göndərə bilərlər. Konfransa qeydiyyat forması elana əlavə olunur.

Qeydiyyat formasını burdan əldə edə bilərsiniz:

https://drive.google.com/drive/folders/1300vA4AKljSNYE05nmRgE933CKcLRkhC?usp=sharing