07.02.2019

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində "təlimçilərin təlimi" keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa Ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında Bakı şəhəri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiış 18 müəllim üçün "təlimçilərin təlimi" keçirilib.