11.04.2019

Quba rayonunda İnklüziv təhsil üzrə müəllimlərin təlimi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində 9-12 aprel 2019-cu il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında universitet müəllimlərinə inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları əsasında təlimlər keçirilib. Qeyd edək ki, təlimlər beynəlxalq eskpertlər tərəfindən təlimləndirilən yerli təlimçilər tərəfindən tədris olunub.