Xəbərlər

14.05.2019

İnklüziv təhsil üzrə müəllim bacarıqlarının artırılması təlimi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi və UNİCEF tərəfindən icra olunan “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində 2019-cu ilin may ayının 13-15-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər komandası tərəfindən təlimçilərin növbəti təlimi keçirilib.

13.05.2019

İnklüziv təhsildə müəllim səriştəsinin artırılması üçün növbəti təlim

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və UNİCEF-in icra etdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində may ayının 13-dən etibarən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər komandası tərəfindən təlimçilərin növbəti təlimi keçirilir.

02.05.2019

I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam imzalayıb.

20.04.2019

Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən “Oxu günü” keçirilib

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.

17.02.2019

Azərbaycanda inklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin mühüm komponentlərindən biri ölkəmizdə inklüziv təhsillə bağlı qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inklüziv təhsilin ümumtəhsil sisteminə inteqrasiyası məqsədi ilə müvafiq təkliflərin hazırlanmasından ibarətdir.