20.04.2019

Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən “Oxu günü” keçirilib

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır.

Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Üç saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər.

Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Oxu Günü ərəfəsində Bakı məktəblərinin iştirakı ilə keçirilən bu tədbir kitaba bağlılığı artırmağa yönəlib və mütaliə mədəniyyətinin formalaşmasına öz töhfəsini verəcək. Təhsil Nazirliyi il ərzində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. C.Bayramov qeyd edib ki, əsas məqsəd müxtəlif üsullarla, fərqli yollarla uşaqlara kitab oxumağın üstünlüklərini aşılamaqdır. Çünki şagirdlərimizin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında mütaliə əvəzsiz rol oynayır. Nazir Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması" layihəsinin stendi ilə tanış olub və belə tədbirlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib

Digər Xəbərlər

05.02.2020

“İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi elan olunur.

02.02.2020

"Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində 20-23 yanvar tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim heyətinin və layihə əməkdaşlarının Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

08.01.2020

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

24.12.2019

Şamaxı rayonunda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər Şamaxıda yekunlaşıb.

24.12.2019

"İnklüziv təhsil" mövzusunda tədbir

24 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir keçirilib.

23.12.2019

Şəkidə məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

18.12.2019

Ağcabədi və Cəlilabadda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

10.12.2019

Qubada məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında dekabr ayından etibarən məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

03.12.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində noyabr ayından etibarən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

02.12.2019

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.