30.11.2018

"İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans

Konfransda bu sahə üzrə alim və mütəxəssislər – Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin müvafiq kafedralarının müəllimləri, hazırda ölkəmizdə inklüziv təhsil üzrə iki böyük layihənin icraçıları – Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və TİPİİ-nin müvafiq struktur bölmələrinin rəhbərləri, “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Dekabrın 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə “İnklüziv təhsildə müəllim səriştəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, bu sahə üzrə alim və mütəxəssislər – Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin müvafiq kafedralarının müəllimləri, hazırda ölkəmizdə inklüziv təhsil üzrə iki böyük layihənin icraçıları – Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları, Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və TİPİİ-nin müvafiq struktur bölmələrinin rəhbərləri, “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə TİPİİ-nin direktoru Vəfa Yaqublu konfrans barədə məlumat verib. Bildirilib ki, konfransın məqsədi 2017-ci ildə təsdiq olunmuş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində müəllimlərin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi, müzakirəsi və eləcə də bu istiqamətdə nəzəri-praktik məsələlərin öyrənilməsidir. Konfransın hədəf auditoriyası ümumtəhsil müəssisələrində işləyən müəllimlər və məktəb direktorlarıdır.

V.Yaqublu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan keçən beş ildə Strategiyadan irəli gələn vəzifələrin, əsas çağırışların uğurla yerinə yetirildiyini söyləyib. Qeyd edilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Diqqətə çatdırılıb ki, TİPİİ, həmçinin Avropa İttifaqının qrantını qazanmış iki böyük təşkilatın – Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və UNICEF-in Azərbaycan nümayəndəliyinin ölkəmizdə inklüziv təhsil mədəniyyətinin genişləndirilməsinə yönəlmiş layihələrinin fəal tərəfdaşıdır.

Vəfa Yaqublu konfransın inklüziv təhsil mədəniyyətinin genişləndirilməsinə və bərqərar olmasına, inklüziv təhsilin inkişafına böyük dəstək olacağına əminliyini bildirib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxışında inklüziv təhsilin vacibliyi və bu istiqamətdə Azərbaycanda görülən işləri diqqətə çatdırıb, konfransın müəllimlər üçün praktik əhəmiyyətindən danışıb. Nazir müavini qeyd edib ki, bu sahədə müəllimlərin peşə səriştəsinin artırılması ümumilikdə təhsilimizin humanistləşdirilməsinə və onun keyfiyyətinin artırılmasına xidmət edəcək. Məhəbbət Vəliyeva sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayıb.

Məhəbbət Vəliyeva deyib: “Müasir dövrdə cəmiyyətdə inklüzivliyin qəbul olunması vacibdir və buna aparan yol yalnız təhsildən keçmir. Bu sahənin inkişaf etdirilməsi və inklüzivlik bütövlükdə cəmiyyətin prioritetləri arasında olmalıdır. Cəmiyyətin hər bir nümayəndəsi bunun mahiyyətini anlamalı və onun tətbiqi ilə bağlı üzərinə düşən vəzifənin icrasına hazır olmalıdır. Cəmiyyətin inkişafına təkan verən və onu şərtləndirən başlıca amil təhsildir. Sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğının göstərilməsi, onlara bərabər təhsil almaq imkanlarının yaradılması, cəmiyyətə inteqrasiya olunması vacib amillərdəndir. Sağlamlıq imkanları məhdud uşaqların təhsil şəraitinin yaxşılaşdırılması üzrə görüləcək işlər dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır. Bu istiqamətdə ölkəmizdə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Proqram çərçivəsində Təhsil Nazirliyinin qarşısında müəyyən öhdəliklər durur. Bu istiqamətdə müxtəlif proqram və islahatların həyata keçirilməsində dövlət qurumları ilə bərabər qeyri-dövlət təşkilatları da fəal iştirak edirlər. Qeyd olunan sahə üzrə beynəlxalq qurumlarla birgə əməkdaşlıq mütərəqqi təcrübənin ölkəmizə gətirilməsinə və bu proseslərin sürətlənməsinə təkan verir”.

Konfransda ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılovanın “İnklüziv təhsilin nəzəri məsələləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə inklüziv təhsilin mahiyyəti və nəzəri məsələləri barədə məlumat verilib, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələrdən söz açılıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Daha sonra mütəxəssislərdən Nərmin Rəhimlinin “Autizm sindromlu uşaqlarla işin təşkili” və Vüsalə Həsənovanın “İnklüziv siniflərdə istifadə olunan interaktiv təlim üsulları” mövzularında seminarları keçirilib.

Qeyd edək ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan keçən müddət ərzində TİPİİ ibtidai sinif müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təhsili proqramı hazırlayaraq sınaqdan keçirib, həmçinin məktəb rəhbərlərinin bu istiqamətdə məlumatlandırılması məqsədilə “İnklüziv məktəb” mövzusunda seminarlar təşkil edib. Cari dərs ilinin sonunadək Bakıda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin direktorlarının həmin seminarlarda iştirakı planlaşdırılır. Gələn dərs ilindən isə seminar digər regionları da əhatə edəcək.

Digər Xəbərlər

05.02.2020

“İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi elan olunur.

02.02.2020

"Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində 20-23 yanvar tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim heyətinin və layihə əməkdaşlarının Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

08.01.2020

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

24.12.2019

Şamaxı rayonunda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər Şamaxıda yekunlaşıb.

24.12.2019

"İnklüziv təhsil" mövzusunda tədbir

24 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir keçirilib.

23.12.2019

Şəkidə məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

18.12.2019

Ağcabədi və Cəlilabadda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

10.12.2019

Qubada məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında dekabr ayından etibarən məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

03.12.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində noyabr ayından etibarən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

02.12.2019

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.