05.02.2020

“İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi elan olunur.

Mövzu:


“İnklüziv təhsildə universal dizayn” mövzusu üzrə keçirilən layihə müsabiqənin məqsədi sinif otağının zənginləşdirilməsi və şagird nailiyyətlərinin artırılması məqsədilə əlilliyi olan şagirdlər və təlimdə çətinlikləri olan şagirdlər də daxil olmaqla bütün şagirdlərin təlim ehtiyaclarını qarşılamaq üçün innovativ təlim metodları və texnologiyalarının təkmilləşdirilməsi üçün ibtidai sinif müəllimlərinə maddi yardım etməkdir. 
Müsabiqə qaliblərinə ayrılacaq vəsait sinif otağında resurs yaradıcılığı üçün istifadə olunmalıdır. 

 

Əsas şərtlər:

  • Layihədə müəllifin adı və soyadı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa), elektron poçt ünvanı və telefon nömrəsi, işlədiyi qurumun adı və ünvanı titul səhifəsində yazılmalıdır.
  • Müsabiqədə ancaq Şəki, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad və Bakı regionlarından olan və hazırda fəaliyyət göstərən ibtidai sinif müəllimləri iştirak edə bilər.
  • Hər iştirakçı birdən artıq layihə təqdim edə bilər.
  • Resurs birdəfəlik istifadə üçün deyil, daimi və ya uzunmüddətli istifadə üçün yararlı olmalıdır.
  • Bir layihənin hazırlanmasında bir neçə müəllim iştirak edə bilər.
  • Resurs üzərində müəlliflik hüququ tələbi qəbul edilmir və həmin vəsait nümunə kimi digər müəllimlər tərəfindən də istifadə edilə bilər.
  • Hazırlanması nəzərdə tutulan resursa dair aşağıda göstərilən və zəruri hesab edilən digər məlumatlar verilməlidir:
  • Resurs barədə ətraflı izahat;
  • Resursun sinif otağında universal təlim mühitinin yaradılmasına və şagird nailiyyətlərinin artırılmasına necə təsir edəcəyi barədə qısa arayış;
  • Resursun hazırlanması üçün lazım olan material/avadanlığın miqdarı, həcmi və s. barədə ətraflı məlumat və bu materialların alınması üçün tələb olunan büdcə.

 

Seçim kriteriyası:


Layihə təklifləri innovativlik, yaradıcılıq və şagird nailiyyətlərinə pozitiv təsir kriteriyaları üzrə dəyərləndiriləcəklər. 
Müsabiqədə iştirak etmək istəyənlər layihə təklifi barədə məlumatları özündə ehtiva edən formanı (aşağıdakı keçiddən əldə etmək olar) 28 fevral 2020-ci il saat 18:00-dan gec olmayaraq info@inkluzivtehsil.az elektron poçt ünvanına göndərilməlidirlər. 

 

Lahyihə təklifi forması 

https://drive.google.com/file/d/1Mt5VGacJO-ND7MNNLObyFFML8JKvQu0F/view?fbclid=IwAR2B-dtmpRmNPOw8Bl8qMc4PU8ZmVOXdF6Fh79sqLFekkp8GVJNCeea0UkM

 

Digər Xəbərlər

02.02.2020

"Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində 20-23 yanvar tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim heyətinin və layihə əməkdaşlarının Portuqaliya Respublikasına təlim səfəri təşkil olunub.

08.01.2020

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

24.12.2019

Şamaxı rayonunda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər Şamaxıda yekunlaşıb.

24.12.2019

"İnklüziv təhsil" mövzusunda tədbir

24 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir keçirilib.

23.12.2019

Şəkidə məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

18.12.2019

Ağcabədi və Cəlilabadda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

10.12.2019

Qubada məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında dekabr ayından etibarən məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

03.12.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində noyabr ayından etibarən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

02.12.2019

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

01.12.2019

Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv cəmiyyətin formalaşması və inkişafında inklüziv təhsilin əhəmiyyəti” mövzusu üzrə elan edilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.