- settings
- add
- remove
- tonality
- refresh

21.05.2019
Qanunvericilikdə inklüziv təhsilin əsasları üzrə məşvərət görüşü keçirilib
22 may 2019-cu il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilmiş Azərbaycanda inklüziv təhsil sisteminə aid qanunvericiliyin təhlili üzrə ilkin tapıntıların və tövsiyələrin təqdimat görüşü olub.
Görüşdə Azərbaycan Respublikası Milli Məclis, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNİCEF, BMT-nin İnkişaf Proqramı, UAFA, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, əlilliyi olan şəxslər təşkilatlarının nümayəndələri iştirak ediblər.
İnklüziv təhsil üzrə beynəlxalq ekspert tərəfindən aparılan təhlil BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasının 24-cü maddəsi və həmin maddəyə 4 saylı ümumi şərhdə öz əksini tapan inklüziv təhsil prinsiplərinə əsaslanıb. Aparılan təhlilin əsas məqsədi mövcud qanunvericiliyin güclü və zəif tərəflərinin, eləcə də mövcud boşluqların müəyyən edilməsi, Azərbaycanın ümümtəhsil sistemi çərçivəsində inklüziv təhsilin tətbiqi üçün strateji inkişaf yolunun müəyyən edilməsinə yönəlik tövsiyələrin təklif olunmasından ibarətdir.
Xatırladaq ki, qanunvericiliyin təhlilinə həsr olunan yekun hesabat hazır olduqdan sonra qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif olunan tövsiyələrin təşviqi üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.