- settings
- add
- remove
- tonality
- refresh

06.12.2018
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), UNICEF, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqla “Fərqliyik, bərabərik” adlı film hazırlayıb.
Dekabrın 7-də “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı keçirilib.
Tədbirin moderatoru olan ASAN Radio-nun direktoru Emin Musəvi bildirib ki, əlillərə və xüsusi qayğıya ehtiyacı olan insanları təkcə bir gün deyil, daim diqqət mərkəzində saxlamaq çox vacibdir. Layihə barədə məlumat verən Emin Musəvi deyib ki, 12 dəqiqəlik filmdə layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətin üzvləri hesab edilməli olduğunu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğunu və digərləri ilə birgə təhsil ala biləcəyini vurğulamaq istəyirlər. O, inklüzivliyin cəmiyyətdə vacib rolunu xüsusi vurğulayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas çıxışında deyib ki, bu gün əsas diqqət mərkəzində olan məsələ inklüziv təhsildir. Səfir UNICEF-in də dəstəklədiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi”, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” və “Regional İnkişaf” İB tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihələrini qeyd edib.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti bildirdi ki, UNDP bu layihənin reallaşdırılmasına böyük sərmayə yatırıb və gələn il bu sərmayəni daha da artırmaq fikrindədir. Dünyada 5,5 milyon əlilliyi olan insan var. Bizim hər birimiz bu işdə dəstək olmalıyıq.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, sağlamlıq imkanları məhdud insanlar bizimlə bərabər hüquqlara malikdir. Onlar bizim cəmiyyətimizin bir hissəsidir. UNICEF olaraq Azərbaycanda bu istiqamətdə layihələri dəstəkləməkdən qürur duyuruq.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev deyib ki, hazırda İctimai Birlik tərəfindən ölkəmizdə müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması istiqamətində layihə reallaşdırılır. Azərbaycanda dörd məktəbdə inklüziv təhsil modeli pilot layihə həyata keçirilir.
Sonra tədbir iştirakçıları “Fərqliyik, bərabərik” adlı filmə baxıblar.
Filmin rejissoru fiziki qüsurlu Etibar Məmmədovdur.