- settings
- add
- remove
- tonality
- refresh

05.02.2020
“İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsi elan olunur.
Mövzu:
“İnklüziv təhsildə universal dizayn” mövzusu üzrə keçirilən layihə müsabiqənin məqsədi sinif otağının zənginləşdirilməsi və şagird nailiyyətlərinin artırılması məqsədilə əlilliyi olan şagirdlər və təlimdə çətinlikləri olan şagirdlər də daxil olmaqla bütün şagirdlərin təlim ehtiyaclarını qarşılamaq üçün innovativ təlim metodları və texnologiyalarının təkmilləşdirilməsi üçün ibtidai sinif müəllimlərinə maddi yardım etməkdir.
Müsabiqə qaliblərinə ayrılacaq vəsait sinif otağında resurs yaradıcılığı üçün istifadə olunmalıdır.
Əsas şərtlər:
- Layihədə müəllifin adı və soyadı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa), elektron poçt ünvanı və telefon nömrəsi, işlədiyi qurumun adı və ünvanı titul səhifəsində yazılmalıdır.
- Müsabiqədə ancaq Şəki, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad və Bakı regionlarından olan və hazırda fəaliyyət göstərən ibtidai sinif müəllimləri iştirak edə bilər.
- Hər iştirakçı birdən artıq layihə təqdim edə bilər.
- Resurs birdəfəlik istifadə üçün deyil, daimi və ya uzunmüddətli istifadə üçün yararlı olmalıdır.
- Bir layihənin hazırlanmasında bir neçə müəllim iştirak edə bilər.
- Resurs üzərində müəlliflik hüququ tələbi qəbul edilmir və həmin vəsait nümunə kimi digər müəllimlər tərəfindən də istifadə edilə bilər.
- Hazırlanması nəzərdə tutulan resursa dair aşağıda göstərilən və zəruri hesab edilən digər məlumatlar verilməlidir:
- Resurs barədə ətraflı izahat;
- Resursun sinif otağında universal təlim mühitinin yaradılmasına və şagird nailiyyətlərinin artırılmasına necə təsir edəcəyi barədə qısa arayış;
- Resursun hazırlanması üçün lazım olan material/avadanlığın miqdarı, həcmi və s. barədə ətraflı məlumat və bu materialların alınması üçün tələb olunan büdcə.
Seçim kriteriyası:
Layihə təklifləri innovativlik, yaradıcılıq və şagird nailiyyətlərinə pozitiv təsir kriteriyaları üzrə dəyərləndiriləcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər layihə təklifi barədə məlumatları özündə ehtiva edən formanı (aşağıdakı keçiddən əldə etmək olar) 28 fevral 2020-ci il saat 18:00-dan gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidirlər.
Lahyihə təklifi forması