- settings
- add
- remove
- tonality
- refresh
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya əsasən universal dizayn “əşya, şərait, proqram və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı dizaynı” kimi tərif olunur. Universal dizayn yalnız fiziki yanaşma ilə əlaqəli deyil. Bura həmçinin əlilliyi olan şəxslərə şərait yaradan yardımçı cihazlar və dəstəkləyici sistemlər daxildir. İnklüziv təhsildə universal dizayn dedikdə isə sinifdə şagirdlər üçün təmin etdilən təlim mühiti nəzərdə tutulur.
Kateqoriyalar
Digər kurslar
İnklüziv təhsil üzrə məsləhətçi
Kursun təsviri
Azərbaycan inklüziv təhsilə keçdikdən sonra, əlilliyi olan uşaqların əksər hallarda digər həmyaşıdları ilə birgə ümumi təhsil siniflərində eyni milli kurikulum üzrə təhsil alması və öyrənməsi gözlənilir. Zaman keçdikcə, inklüziv məktəblərə daxil olan əlilliyi olan uşaqların sayı artacaq, xüsusi təhsil məktəblərinə yazılan uşaqların sayı isə azalacaq. İnklüziv məktəblərə və müəllimlərə bütün uşaqlar üçün yüksək keyfiyyətli təhsilin təmin edilməsində dəstək göstərilməlidir. İnklüziv təhsil çərçivəsində xüsusi pedaqoqların təcrübəsindən ən yaxşı şəkildə faydalanmaq üçün onların rolunun nəzərdən keçirilməsi tələb olunur.
İnklüziv təhsildə valideynlərin rolu
Kursun təsviri
Valideynlərin cəlb olunması inkluziv təhsil işini formalaşdırmağın əhəmiyyətli hissələrindən biridir. Dövlət siyasi və hüquqi yollarla, məktəblər və təhsil şöbələri öz siyasəti və gündəlik qərarları ilə inklüziv təhsilə dəstək verərkən, valideynlərdə uşaqların təhsilində vacib rol oynayırlar.
İnklüziv Müəllimlərin Profili
Kursun təsviri
“İnklüziv Müəllimlərin Profli” adlı sənəd müəllimlər üçün inklüziv təhsildə işləməyə imkan verən əsas dəyər və səriştələri özündə ehtiva edir. “İnklüziv Müəllimlərin Profili” sənədi Xüsusi və İnklüziv Təhsil üzrə Avropa Agentliyinin həyata keçirdiyi “İnklüziya üzrə müəllim hazırlığı” layihəsi çərçivəsində hazırlanmışdır.
Çoxuşaqlı sinifdə tədris
Kursun təsviri
Dünyada bir çox müəllimlər və bəlkə elə siz özünüz də çox sayda şagirdi olan siniflərdə dərs deməli olursuz. Əslin çoxuşaqlı sinfin dəqiq ölçüsü yoxdur.Bəzi ölkələrdə hər müəllimə 25-30 şagirdin düşməsi çoxuşaqlı sinif hesab olunsa da, bəzilərində bu çox normal və hətta, təəccüblü olsa da, kifayət qədər kiçik sinif sayılır. Ancaq adətən 25 və ya daha az uşağa dərs keçən müəllim üçün 35 nəfərlik sinif böyük görünə bilər.
İnklüziv siniflərdə qiymətləndirmə
Kursun təsviri
İnklüziv müəllimlər müntəzəm qiymətləndirmə strategiyalarına dəyişikliklərin edilməsindən başqa, formativ qiymətləndirmə kimi daha ənənəvi strategiyaları innovativ qiymətləndirmə strategiyaları ilə birləşdirir.
İnklüziv təhsildə uşaqyönümlü pedaqogika
Kursun təsviri
Bu proqramın məqsədi "Uşaqyönlü pedaqoqika"nın mahiyyəti, əsas xüsusiyyətləri və s. dair ümumi məlumatlar verməkdir.
Uşaq və ailə dəstək planları
Kursun təsviri
Bu proqramın məqsədi "Uşaq və ailə dəstək planları"nın mahiyyəti, tərkib hissələri, necə hazırlanması və bu işə kimin cəlb edilməsinə dair ümumi məlumatlar verməkdir.
İnklüziv təhsildə əməkdaşlıq
Kursun təsviri
Proqramda əməkdaşlığa və məktəbdə daha inklüziv təhsil mühitinin yaradılması üçün əməkdaşlığın formalaşdırılması yollarına daha dərindən nəzər salınır.
İnsan hüquqlarına əsaslanan inklüziv təhsil
Kursun təsviri
Proqramda əsas diqqət inklüziv təhsilə insan hüquqları nöqteyi-nəzərindən nəzər yetirilməsinə yönəlir.