02.07.2019

“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində iyun ayının 3-dən etibarən “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb. Bakı, Şəki, Quba, Ağcabədi, Şamaxı və Cəlilabadda iyun ayı ərzində keçirilən təlimlərdə 300 ibtidai sinif müəllimi iştirak edib. 
Təlimlər “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsi məqsədi ilə təşkil olunur. Gələn ilin iyun ayınadək ümumilikdə 1000 ibtidai sinif müəlliminin təlimlərdə iştirakı nəzərdə tutulub. 
Qeyd edək ki, bütün ixtisasartırma proqramları kimi bu təlim də yekun qiymətləndirmə imtahanı ilə sona çatacaq.