- settings
- add
- remove
- tonality
- refresh
19.09.2019
Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir
Tədbirin keçirilməsində əsas məqsəd inklüziv təhsilin vacibliyini vurğulamaq, həmçinin əlilliyi olan və olmayan uşaqların bu mühitdən bərabər şəkildə bəhrələnməsi istiqamətində maarifləndirmənin artırılmasıdır. Cəmiyyətdə bu mövzu ilə əlaqədar mövcud stereotiplər və ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə layihələrin icrasında bir çox komunikasiya fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulub ki, onlardan biri də əlilliyi olan uşaq və gənclərin uğur hekayələrinin özləri tərəfindən ictimaiyyətə çatdırılmasıdır. Tədbirdə çıxış edən əlilliyi olan gənc-Elman Süleymanov inklüziv təhsildən yararlanmanın onun həyatında müsbət rol oynadığından danışıb, eləcə də cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı tolerant yanaşmanın formalaşmasını məhz inklüziv təhsil mühitindən başlaması ilə əlaqələndirilib. O, həmçinin əlilliyi olan gənclərin həyatda uğurunun əsas faktorlarından biri kimi ailədən gələn mənəvi dəstəyi də qeyd edib.
Xatırladaq ki, UNİCEF tərəfindən həyata keçirilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na dəstək olaraq icra olunur.